Pakistan Hörmüz boğazından yan keçərək İran yüklərinin tranziti üçün quru dəhlizləri açıb

Pakistan İrana Hörmüz boğazından yan keçərək yük daşınmasına imkan verəcək altı quru dəhlizi təqdim edib.

Trend-in məlumatına görə, bu barədə Pakistanın Ticarət Nazirliyi bildirib.

 

İrana göndərilən 3000-dən çox konteyner hazırda Karaçi limanında yığılıb. Onların daşınması artıq başlayıb.

Eyni zamanda, Pakistan hakimiyyəti Ərəbistan dənizi sahilində, İranla sərhəddən 70 km məsafədə yerləşən Qvadar limanını İran yüklərinin daşınması üçün gələcəkdə əsas tranzit və logistika mərkəzi kimi müəyyən edib.