ABŞ İranın "gizli bank şəbəkələrinə" qarşı sanksiyalar tətbiq edib

ABŞ hakimiyyəti İran və onun maliyyə sistemi ilə əlaqəli 35 hüquqi və fiziki şəxsə məhdudiyyətlər tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

 

"Bu gün ABŞ İranın gizli maliyyə sistemini idarə edən 35 hüquqi şəxs və şəxsə qarşı tədbirlər görür", - deyə bildirilib.

Məlumata əsasən, söhbət "sanksiyalardan yayınmaq üçün on milyardlarla dollar köçürmələrinə imkan verən gizli bank şəbəkələrindən" gedir.