ABŞ artıq Tehrana şərtlər diktə edə bilmir - İran Müdafiə Nazirliyi

ABŞ artıq İran da daxil olmaqla, digər ölkələrə "şərtlər diktə edə" bilmir.

Trend-in məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyinin nümayəndəsi Rza Talaei-Nik bildirib.

 

"ABŞ artıq müstəqil dövlətlərə öz siyasətini diktə edə bilmir", - deyə o, hərbi əməliyyatlar zamanı İranın dözümlülüyünə işarə edərək bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, Vaşinqton sülh razılaşmasına nail olmaq üçün irəli sürdüyü "qanunsuz və irrasional tələblərindən imtina etməli olacaq".