Rusiyanın Maqadan bölgəsindəki kömür mədənində qaya sürüşməsi baş verib. İlkin məlumatlara görə, təxminən səkkiz nəfər qapalı vəziyyətdə qalıb.
AZƏRTAC xəbər verir ki, əsas fərziyyələrdən biri kömür mədəninin kənarında dayanıqlı vəziyyətin pozulmasıdır. Hadisənin səbəbi ilə bağlı yekun rəy mütəxəssislərin çökmə yerini araşdırmasından sonra müəyyən ediləcək.
Daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi hadisənin Susumanski şəhər rayonundakı Kadıkçanski kömür mədənində baş verdiyini bildirmişdi. Burada avadanlıqlar da dağıntılar altında qalmış ola bilər. Hadisə yerinə yanğınsöndürənlər, mədən xilasediciləri və tibbi xidmətlər göndərilib, habelə RF Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri uçuşa hazırlaşır.