İran Tehran-Vaşinqton danışıqlarında vasitəçi olan Pakistana uzunmüddətli atəşkəs sazişinin müzakirəsi üçün yeni təklifin mətnini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Məlumata görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai münaqişəyə son qoyularaq sülhün bərqərar olmasını İslam Respublikasının prioritet məqsədi adlandırıb.