İran gəmilərdən Hörmüz boğazında Tehranın tranzit protokollarına əməl olunmasını tələb edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar ertəsi günü xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazında Tehranın tranzit protokollarını pozan hər hansı bir gəmi “zorla dayandırılacaq”.

AZƏRTAC xəbər verir ki, İİKK-nın sözçüsünün “Fars” xəbər agentliyi tərəfindən yayımlanan açıqlamasında bildirilib: “İİKK Hərbi Dəniz Qüvvələri tərəfindən elan edilən prinsiplərə uyğun olmayan hər hansı bir dəniz fəaliyyəti ciddi risklərlə üzləşəcək və qaydanı pozan gəmilər zorla dayandırılacaq”. O əlavə edib ki, su yolunun idarə olunmasında heç bir dəyişiklik baş verməyib.

İİKK sözçüsü deyib: “İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri tərəfindən verilən tranzit protokollarına uyğun olan və təyin olunmuş marşrutu koordinasiyalı şəkildə izləyən mülki və kommersiya gəmilərinin hər hansı bir hərəkəti təhlükəsiz və etibarlı olacaq”.