Çinin Hunan əyalətində fəaliyyət göstərən pirotexnika istehsal edən müəssisədə mayın 4-də baş vermiş partlayış və yanğın nəticəsində 21 nəfər həlak olub, 61 nəfər yaralanıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
İnsidentdən sonra hadisə yerinə 500-ə yaxın xilasedici səfərbər olunub.
Çin Xalq Respublikasının sədri Si Cinpin partlayışdan sonra itkin düşən şəxslərin tapılması eləcə də zərərçəkənlərin xilasedilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə dair göstəriş verib. O, eyni zamanda həmin hadisəyə görə cavabdeh olanların dərhal məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.
Yerli hüquq mühafizə orqanları artıq hadisənin səbəbini araşdırmağa başlayıb. Şirkətin rəhbərliyi dindirildikdən sonra polis nəzarətinə verilərək məhkəməyə qədər sərbəst buraxılıb.