ABŞ qüvvələri 70-dən çox tankerin İran limanlarına daxil olmasının qarşısını alır.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” səhifəsində dərc olunan məlumatında qeyd olunur.
“Hazırda ABŞ qüvvələri 70-dən çox tankerin İran limanlarına daxil olmasının və ya həmin limanlardan çıxmasının qarşısını alır. Bu ticarət gəmilərinin ümumi daşıma potensialı 166 milyon bareldən çox İran neftini əhatə edir ki, bunun da təxmini dəyəri 13 milyard dollardan artıqdır.
CENTCOM aşağıdakı məlumatları təqdim edib:
Uyğunluğun təmin olunması üçün 50-dən çox gəminin marşrutu dəyişdirilib
73 tanker 166 milyon barel İran neftini daşıya bilmir
13 milyard dollardan artıq vəsait İran rəhbərliyinə çatmır