İranda ABŞ və İsrail kəşfiyyatına casusluqda təqsirli bilinən şəxs edam edilib.
Trend xarici mediaya istinadən xəbər verir ki, edam olunan şəxs Erfan Şakurzadə olub.
Məlumata əsasən, o, peyk fəaliyyəti ilə məşğul olan elmi qurumda çalışıb və məxfi elmi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürüb.