Çin hüquq-mühafizə orqanları ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsi ilə birlikdə qanunsuz psixotrop dərmanların beynəlxalq qaçaqmalçılığı şəbəkəsini aşkar edib və zərərsizləşdirib.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilib ki, narkotik əleyhinə əməliyyat zamanı iki ölkənin polisi Çinin Lyaonin və Quandun əyalətlərində, eləcə də ABŞ-ın Florida və Nevada ştatlarında iki Çin vətəndaşı və üç amerikalı da daxil olmaqla beş nəfəri saxlayıb.
Bu birgə əməliyyat nəticəsində narkotik maddələr müsadirə edilib.Vurğulanıb ki, bu işin uğurlu həlli Çin və ABŞ hüquq-mühafizə orqanları arasında narkotiklərə nəzarət sahəsində praktik əməkdaşlığın dərinləşdirilməsində daha bir mühüm nailiyyətdir və hər iki ölkənin narkotiklərlə əlaqəli cinayətkar fəaliyyətin qarşısını qətiyyətlə almaq üçün birgə işləmək əzmini nümayiş etdirir.