Azərbaycanın qadın güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, dördüncü yarış günündə Azərbaycanın bir güləşçisi fəxri kürsüyə qalxıb.

 

Xədicə Qurbanzadə (49 kiloqram) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub.