Şahzadə Harrinin həyat yoldaşı ailənin əsas gəlir mənbəyinə çevrilib

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl ailənin əsas qazanc gətirən üzvünə çevrilib.

AZƏRTAC xəbər verir ki, “Page Six” nəşrinin məlumatına görə, hazırda şahzadə Harri və uşaqların əsas təminatı məhz Meqan Marklın üzərinə düşür. Ailənin Kaliforniya ştatının Montesito şəhərində yerləşən malikanəsinin saxlanılması üçün ildə ən azı 6 milyon dollar tələb olunur. Bu vəsaitin yarısı təhlükəsizlik xərclərinə, digər hissəsi isə ipoteka ödənişlərinə sərf edilir.

Şahzadə Harri əsasən gəlir gətirməyən xeyriyyə layihələrinə qatılır. Məhz bu səbəbdən Meqan Markl özünə məxsus “As Ever” brendinə diqqətini artırıb. O, həmçinin süni intellekt vasitəsilə geyim seçimləri təqdim edən “OneOff” platformasının simalarından birinə çevrilib.