Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb.
Hazırda hadisə yerində axtarış işləri davam edir.
Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.
07:36
Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.
Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.
Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.