Tehran münaqişənin həlli üçün Vaşinqtona yeni bir təklif təqdim edib. Təklifdə Amerika blokadasının qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramının müzakirəsinə keçmək nəzərdə tutulur.
Trend-in məlumatıa görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, İran nümayəndələri Pakistandakı vasitəçilər vasitəsilə Amerika tərəfinə yeni bir təklif çatdırıblar. "Yeni təklif danışıqlardakı mövcud durğunluğu və İran liderlərinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün etməyə hazır olduqları nüvə güzəştlərinin miqyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağına yönəlib", - deyə bildirilib.
Portalın məlumatına görə, İranın təklifi "əsasən Hörmüz boğazı ətrafındakı böhranın və Amerika blokadasının həllinə yönəlib".