İranın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfərə yola düşüb.

Trend-in məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyi "Telegram" kanalında yazıb.

 

"Səfər çərçivəsində xarici işlər naziri Rusiya Federasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək və ikitərəfli İran-Rusiya münasibətlərini, eləcə də regional və beynəlxalq hadisələri müzakirə edəcək", - deyə bildirilib.

İran Xarici İşlər Nazirliyinin rəhbərinin Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.