İspaniya müdafiə nazirinin təyyarəsi Rusiyanın hava məkanında çətinliklə üzləşib

İspaniyanın müdafiə naziri Marqarita Roblesin olduğu təyyarə Rusiyanın Kalininqrad bölgəsi üzərindən uçarkən naviqasiya ilə bağlı problemlərlə üzləşib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Məlumata əsasən, GPS sistemində pozuntu naziri daşıyan təyyarə Litvaya uçan zaman qeydə alınıb. İnsidentin təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl sentyabr 1-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin olduğu təyyarə GPS sistemi olmadan Bolqarıstanın Plovdiv aeroportuna məcburi eniş etmişdi.