ABŞ hökuməti Almaniyaya 1,23 milyard dollar dəyərində 35 “AIM-120D-3” tipli idarəolunan raketin satışını təsdiqləyib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu raketlər Almaniyanın ABŞ-dan alacağı F-35 qırıcılarının silahlanmasına daxil ediləcək.
ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənən satışa Konqresin də razılıq verməsi tələb olunur. ABŞ-ın Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) bu satışın Almaniyanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracağını, F-35 proqramı çərçivəsində hava imkanlarını genişləndirəcəyini və həm Almaniyanın, həm də NATO-nun birgə planlaşdırma, təlim və əməliyyat tələblərini dəstəkləyəcəyini açıqlayıb.
Almaniya hökuməti 2022-ci ildə müdafiə üçün yaradılmış 100 milyard avroluq xüsusi fond hesabına 35 ədəd F-35 qırıcısının alınmasını qərara alıb. İlk təyyarənin Almaniyaya təhvil verilməsi və ilk pilotların hazırlanması gələn ilə planlaşdırılıb.