Azərbaycanın fiqurlu konkisürəni olimpiya rekordunu yeniləyib

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən “Denis Ten Memorial Challenger” seriya yarışında çıxışı zamanı 2.91 xal toplayaraq “Dördlü Salxov” üzrə son olimpiya rekordunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu performansı ilə sonuncu dəfə rekorda imza atan yaponiyalı idmançı Mao Şimadanı geridə qoyub.

Arina Kaluqina seriya yarışında 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq, yekun nəticədə bürünc medala sahib olub.