Ermənistanda Araqatsotn yepiskopu 2 ay müddətinə həbs edilb

Ermənistanda məhkəmə Ermənistan kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri Mkrtiç Proşyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Erem Sarkisyan məlumat verib.

“Məhkəmə elə mənim proqnozlaşdırdığım kimi, məhkəmə istintaq orqanlarının Proşyanın iki ay müddətinə həbs olunması barədə vəsatətini təmin edib”, – deyə o bildirib.

 

Xatırladaq ki, oktyabrın 15-də Ermənistanda Araqatsotn yeparxiyasının 13 din xadiminin saxlanılması ilə bağlı xəbər yayılmışdı. Onların arasında yeparxiyanın başçısı - yepiskop Mkrtiç də yer alırdı.

Qeyd edək ki, Ermənistanda hakimiyyətlə kilsə arasında münasibətlər may ayında gərginləşib.