Ermənistan xüsusi xidmət orqanları Eçmiədzindəki hərbi hissədə əməliyyat keçirib

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötən gecə Eçmiədzindəki hərbi hissədə əməliyyat keçirərək, bir neçə nəfəri, o cümlədən yüksək vəzifəli hərbçiləri saxlayıblar.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, xüsusi xidmət orqanlarının əməkdaşları hələ də hərbi hissənin ərazisindədirlər və operativ tədbirlər həyata keçirirlər. Basqının səbəbi barədə məlumat verilmir.