Trampın oğlu Ermənistana səfər edəcək

ABŞ Prezidenti Donald Trampın oğlu, Tramp-kiçik, noyabrın 12-də Ermənistana səfər edəcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, səfərin məqsədi işgüzar maraqlarla əlaqədardır, lakin bununla yanaşı, onun hakimiyyətin müxtəlif dairələrindən olan nümayəndələri ilə görüşlər keçirəcəyi bildirilir.

Onun Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi hələ ki, məlum deyil.