Pit Heqset: Pentaqon 1 milyard dollarlıq kamikadze PUA-sı alacaq

ABŞ-ın Hərb Nazirliyi 2028-ci ilədək dörd mərhələdə yüz minlərlə kamikadze PUA-sı almaq üçün 1 milyard dollarlıq proqrama start verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.“Biz 2026-cı ildə qoşunlarımıza on minlərlə, 2027-ci ilədək isə yüz minlərlə kiçik PUA tədarük edəcəyik”, - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, Amerika federal hökuməti effektivliyini sübut edən ucuz dronların istehsalına sərmayə yatırır.

“Biz ucuz PUA-ları vurmaq üçün 2 milyon dollarlıq raketlərdən istifadə edə bilmərik”, - deyə Pentaqon rəhbəri əlavə edib.

Qeyd edək ki, Pit Heqsetin planına görə, hər partiyada alınan dronların sayı tədricən artacaq və bir PUA-nın qiyməti proqnozlaşdırılan 2300 dollardan 500 dollara enəcək.