Nellis Hava Qüvvələri Bazası tərəfindən verilən açıqlamada, ABŞ Hava Qüvvələri (USAF) tərkibindəki 'Thunderbirds' akrobatik komandasına bağlı 'F-16C Fighting Falcon' qırıcı təyyarəsinin San Bernardino bölgəsində yerləşən Trona Hava Limanı yaxınlığında qəzaya uğradığı qeyd edildi. San Bernardino İlçe Yanğın Departamenti, qəza öncəsi təyyarədən özünü atmağı bacaran pilotun xəstəxanada müalicə altına alındığını açıqladı. Açıqlamada, təyyarənin Los Angeles-in təxminən 300 kilometr şimalında yerləşən Trona bölgəsində bir təlim tapşırığında iştirak etdiyi bildirildi.