Hindistanda qayıq aşdı: 3 ölü, 3 itkin
Hindistanın Uttar Pradeş əyalətində bir ailəni daşıyan qayıq çayda aşması nəticəsində 3 nəfər həyatını itirdi, 3 nəfər itkin düşdü.

Hindistanın şimalındakı Uttar Pradeş əyalətinə bağlı Hamirpur bölgəsindən keçən Yamuna çayında dünən gecə saatlarında qayıq qəzası baş verdi. Toy mərasimindən sonra çayın qarşı sahilinə meyvə toplamağa gedən 9 nəfərlik ailəni daşıyan qayıq, dönüş yolunda güclü yağışın təsiri ilə aşdı. Yerli rəsmilər tərəfindən verilən açıqlamada, suya düşən 9 nəfərdən 3-nün öz imkanları və ətrafdakı balıqçıların köməyi ilə xilas edildiyi bildirildi.

Bölgəyə göndərilən milli və yerli axtarış-xilasetmə qruplarının işləri nəticəsində, 1-i qadın olmaqla 3 nəfərin cansız bədəni tapıldı. Çayda itkin düşən 3 uşağı axtarış-xilasetmə işlərinin isə dalğıcların iştirakı ilə davam etdiyi bildirildi. Rəsmilər, davam edən axtarış fəaliyyətləri və çətin şərait səbəbindən xalqa çay sahillərindən uzaq durmaları çağırışında bulundu.