ABŞ Prezidenti Donald Tramp sosial media hesabından etdiyi açıqlamada, Rusiya və Ukrayna arasında Qələbə Günü münasibətilə 3 günlük atəşkəsin tətbiq olunacağını bildirdi. Tramp, “Rusiya ilə Ukrayna arasındakı müharibədə üç günlük (9, 10 və 11 may) atəşkəs olacağını elan etməkdən məmnunam” dedi. Tramp, bu dövrün hər iki ölkə üçün də əhəmiyyət daşıdığını ifadə edərək, “Rusiyadakı bayram Qələbə Günü üçün, amma eyni zamanda Ukraynada da belədir, çünki onlar da İkinci Dünya Müharibəsinin böyük bir hissəsi və amili idilər” ifadələrini işlətdi.
1000 ƏSİR MÜBADİLƏ OLUNACAQ
Atəşkəsin əhatə dairəsinə dair detalları paylaşan Tramp, sahədəki hərbi hərəkətliliyin dayanacağını bildirərək, “Bu atəşkəs, bütün kinetik fəaliyyətlərin dayandırılmasını və eyni zamanda hər iki ölkədən 1000 əsirin mübadiləsini əhatə edəcəkdir” dedi. Qərarın qəbul edilməsi prosesinə dair danışan Tramp, “Bu tələb birbaşa mənim tərəfimdən edildi və Prezident Vladimir Putin ilə Prezident Volodimir Zelenski tərəfindən qəbul edilməsini çox təqdir edirəm” deyə qiymətləndirmə etdi.
‘HƏR GÜN BİR NƏTİCƏYƏ DAHA DA YAXINLAŞIRIQ’
Atəşkəsin müharibənin gedişatına dair qalıcı bir təsir yaratmasını gözlədiyini dilə gətirən Tramp, “Ümid edirəm ki, bu, çox uzun, ölümcül və çətin müharibənin sonunun başlanğıcıdır” deyərək, qalıcı sülh danışıqlarının davam etdiyini vurğuladı. Tramp, sözlərini belə tamamladı:
“İkinci Dünya Müharibəsindən bəri yaşanan bu ən böyük münaqişəni sona çatdırmağa yönəlik danışıqlar davam edir və hər gün bir nəticəyə daha da yaxınlaşırıq.”