Tramp: İranın cavabı qəbuledilməzdir
ABŞ Prezidenti Donald Tramp, İranın hücumların dayandırılması üçün ABŞ-a verdiyi cavabı 'qəbuledilməz' hesab etdiyini bildirdi.

 

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edərək, "İranın guya nümayəndələrindən gələn cavabı az öncə oxudum. Heç xoşuma gəlmədi. Qətiyyən qəbuledilməzdir," ifadələrini işlətdi.

Tramp həmçinin Amerika mətbuatına Tehran rəhbərliyinin cavabının 'dəyərsiz' olduğunu bildirdi.