İsrail ordusunun Livanın cənubuna təşkil etdiyi hava və artilleriya hücumlarında 2 nəfərin həyatını itirdiyi bildirildi.
Livan mətbuatı İsrailin 17 aprel tarixində qüvvəyə minən atəşkəsi pozaraq ölkənin cənubundakı Sur, Bint Cubeyl, Mercayun və Nebatiye bölgələrinə hücumlarını davam etdirdiyini bildirdi. Nebatiye rayonundakı Katrani qəsəbəsi ətrafına təşkil olunan silahlı pilotsuz hava aparatı (SİHA) hücumunda 1 nəfər həyatını itirdi, 1 nəfər yaralandı. Sur rayonundakı hücumlarda isə 6-sı uşaq, 2-si qadın olmaqla 13 nəfər yaralandı, 1 nəfər həyatını itirdi.