Netanyahu: ABŞ-ın İsrailə maliyyə və hərbi yardımlarını dayandırma vaxtı gəldi
İsrail Baş naziri Binyamin Netanyahu, İsrailin çox yüksək texnologiyalı nəhəng bir iqtisadiyyata sahib olduğunu bildirərək, ABŞ-ın İsrailə ildə 3,8 milyard dollar olan maliyyə dəstəyi və hərbi yardımlarının sona çatması lazım olduğunu bildirdi.

 

İsrail Baş naziri Binyamin Netanyahu, Amerika mətbuatına verdiyi açıqlamada, ABŞ və İsrailin birgə hücumları nəticəsində İranın hazırda 'ən zəif vəziyyətdə' olduğunu irəli sürdü. İranın silah istehsal edən və iqtisadiyyatını ayaqda saxlayan bir çox obyektini məhv etdiklərini bildirən Netanyahu, ABŞ ilə birlikdə İran üzərində, xüsusilə Hörmüz Boğazına tətbiq olunan dəniz blokadası ilə təzyiq və nəzarəti davam etdirdiklərini söylədi.

Netanyahu, ABŞ-ın İsrailə ildə 3,8 milyard dollar olan maliyyə dəstəyini və 'hərbi əməkdaşlığın maliyyə komponentini' sıfıra endirmək istədiklərini qeyd etdi. Netanyahu, "Bizim iqtisadiyyatımız partlayış yaşayır. Üç illik müharibədən sonra pulumuz son 50 ildə, bəlkə də daha uzun müddətdir heç olmadığı qədər güclüdür. İsrail çox yüksək texnologiyalı nəhəng bir iqtisadiyyata sahibdir. Məncə artıq zaman içində, üzərində anlaşılmış bir proqramla, Amerikan hərbi yardımını sona çatdırmanın və yardımdan ortaqlığa keçmənin zamanı gəldi" ifadələrini istifadə etdi.