Venesueladan Trampa '51-ci ştat' reaksiyası
Venesuela Müvəqqəti Dövlət Başçısı Delcy Rodriguez, ölkəsini ABŞ-ın 51-ci ştatı etməyi düşündüyünü söyləyən ABŞ Prezidenti Donald Trampa cavab verdi.

 

Venesuela Müvəqqəti Dövlət Başçısı Delcy Rodriguez, Guyana ilə yaşanan Esequibo bölgəsi anlaşmazlığına dair Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi izləmək üçün Hollandiyanın Haaqa şəhərinə getdi. Rodriguez, burada ölkəsini ABŞ-ın 51-ci ştatı etməyi düşündüyünü söyləyən ABŞ Prezidenti Donald Trampa cavab verdi.

Belə bir şeyin qəbul edilə bilməyəcəyini bildirən Rodriguez, "Çünki venesuelalıları təyin edən ən əsas xüsusiyyətlərdən biri, müstəqillik mübarizəmizə və bu mübarizənin qəhrəmanları ilə qadın qəhrəmanlarına duyduğumuz bağlılıqdır. Ölkəmizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəyik. Tariximiz bizi bir koloniya deyil, azad bir ölkə halına gətirmək üçün həyatlarını fəda edən qadın və kişilərin zəfərlərlə dolu mübarizəsidir" ifadələrini işlətdi.

Trump, Amerika mətbuatına verdiyi açıqlamada, Venesuelanı ABŞ-ın 51-ci ştatı etməyi 'ciddi şəkildə' düşündüyünü söyləmişdi.