Nigeriyada bu il Lassa qızdırması səbəbindən həyatını itirənlərin sayı 190-a çatdı.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamada, ölkədə yanvar ayından bəri Lassa qızdırması xəstəliyi səbəbindən ölənlərin sayının 190-a yüksəldiyi bildirildi. Ölkədə Lassa epidemiyasına bağlı ölüm nisbətinin artmağa davam etdiyi qeyd olunan açıqlamada, hadisə ölüm nisbətinin keçən ilin eyni dövründə qeydə alınan 19,1%-ə nisbətən 25,2%-ə yüksəldiyi bildirildi.