Çinin Hunan əyalətində bir binada baş verən yanğında 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Çinin mərkəzi hissəsində yerləşən Hunan əyalətinə bağlı Hengyang şəhərinin Yanfeng rayonunda bir binada, yerli vaxtla saat 03.00 radələrində yanğın baş verib. Yerli fövqəladə hallar idarəsinin açıqlamasına görə, yanğın baş verən binada 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn təcili müdaxilə qruplarının işləri nəticəsində binadan çıxarılan yaralıların xəstəxanaya aparılaraq müalicə altına alındığı bildirilib. Rəsmilər, insan itkisinə səbəb olan yanğının çıxış səbəbini müəyyən etmək məqsədilə geniş miqyaslı bir araşdırma başladıldığını elan ediblər.