Aprel ayının sonunda qeydə alınan məlumatlara görə, dünyanın ən yüksək temperatura sahib 50 şəhərinin hamısı Hindistanda yerləşdi.
Dünya üzrə hava keyfiyyəti və iqlim məlumatlarını izləyən AQI platformasının hesabatına görə, aprel ayının sonunda planetin ən isti 50 yaşayış məntəqəsinin hamısı Hindistan sərhədləri daxilində qeydə alınıb. Normalda ilin ən isti dövrü olmayan aprel ayında Hindistan üzrə orta ən yüksək temperaturun 44,7 dərəcə Selsiyə çatdığı qeyd edilib. Siyahının ilk sırasında olan Uttar Pradeş əyalətindəki Banda şəhərində isə termometrlər 46,2 dərəcə Selsi göstərərək o gün dünya üzərində ölçülən ən yüksək temperatur kimi tarixə keçdi.
Mütəxəssislər, Hindistanın daxili bölgələrində cəmləşən həddindən artıq istilərin aprel ayı üçün yüzlərlə rekordu alt-üst etdiyini bildirdi. Qlobal iqlim böhranının nəticəsi olaraq Hindistanda yay mövsümünün hər il daha erkən başladığı və daha şiddətli keçdiyi, temperaturun 2050-ci ilə qədər sağlam insanlar üçün belə 'yaşamaq həddini' aşa biləcəyi barədə xəbərdarlıq edildi.