İraqda yeni Baş nazir Zeydi vəzifəyə başladı
İraqda yeni hökuməti qurmaqla vəzifələndirilən Əli Zeydi, İraq Məclisində kabineti və hökumət proqramına dair keçirilən etimad səsverməsinin qəbul edilməsindən sonra and içərək rəsmi olaraq vəzifəyə başladı.

İraqda yeni hökuməti qurmaqla vəzifələndirilən Baş nazir Əli Zeydi tərəfindən İraq Məclisinə təqdim edilən kabinet və hökumət proqramı üçün etimad səsverməsi keçirildi. İraq Məclisinin 270 millət vəkilinin iştirakı ilə keçirilən iclasda 14 nazirin təyinatı təsdiqləndi. Səsvermədən sonra Baş nazir Zeydi və kabinet üzvləri konstitusiya andlarını içərək rəsmi olaraq vəzifələrinə başladılar.