ABŞ Dövlət Departamenti, Vaşinqtondakı danışıqlar nəticəsində İsrail ilə Livan arasındakı atəşkəsin 45 gün daha uzadıldığını bildirdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott, Vaşinqtonda iki gündür davam edən İsrail-Livan üçüncü tur birbaşa danışıqlarına dair sosial media hesabında açıqlama verdi. Pigott, "ABŞ, 14-15 may tarixlərində İsrail ilə Livan arasında son dərəcə məhsuldar danışıqlara ev sahibliyi etdi. Daha çox irəliləyiş əldə edilə bilməsi üçün 16 aprel tarixində elan edilən atəşkəs 45 gün daha uzadılacaq" ifadələrini işlətdi.
Danışıqların siyasi ayağının 2-3 iyun tarixlərində yenidən başlayacağını bildirən Pigott, 29 may tarixində Pentaqonda hər iki ölkənin hərbi heyətlərinin iştirakı ilə təhlükəsizlik toplantısı keçiriləcəyini qeyd etdi. Pigott, danışıqların iki ölkə arasında daimi sülhün təmin olunmasına, qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tam olaraq tanınmasına töhfə verəcəyinə inandıqlarını da çatdırdı.