Latviyada hökuməti qurma vəzifəsi Andris Kulbergsə verildi
Latviya Prezidenti Edgars Rinkevics, Baş nazir Evika Silinanın istefasının ardından yeni hökuməti qurma vəzifəsini müxalifət millət vəkili Andris Kulbergsə verib.

Latviyada Baş nazir Evika Silinanın oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılan parlament seçkilərindən əvvəl istefa verməsindən sonra Prezident Edgars Rinkevics siyasi partiya nümayəndələri ilə görüşlər keçirib və mətbuat konfransında proseslə bağlı açıqlamalar verib. Rinkevics son günlərdə parlamentdəki siyasi partiya və qrup nümayəndələri ilə intensiv məsləhətləşmələr apardığını bildirərək, hökuməti qurma vəzifəsini müxalifətdə olan Birləşmiş Siyahı Partiyasının millət vəkili Andris Kulbergsə verdiyini açıqlayıb.

Qərarının səbəblərini izah edən Rinkevics, bu vəziyyətin son dövrlərdəki siyasi dinamikalarla və müxalifətə yeni bir yanaşma təklif etmə ehtiyacı ilə əlaqəli olduğunu qeyd edib. Rinkevics həmçinin, baş nazir namizədi olaraq təyin edilən Kulbergsdən 25 may tarixinə qədər prosesin gedişatı ilə bağlı hesabat təqdim etməsini gözlədiyini bildirib. Sözügedən hesabatın qurulacaq koalisiyanın ümumi xətlərini, partiyalararası vəzifə bölgüsünü və hökumət bəyannaməsinin layihəsini əhatə etməsi lazım olduğu bildirilib.