İranda avtobus aşdı: 8 ölü, 15 yaralı
İranın cənubundakı Buşəhr əyalətində avtobusun aşması nəticəsində baş verən qəzada 8 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

İranın cənubunda yerləşən Buşəhr əyalətindəki şəhərlərarası yolda yol-nəqliyyat hadisəsi baş verib. İran Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən açıqlamada, bir avtobusun aşması nəticəsində 8 nəfərin həyatını itirdiyi, 15 nəfərin də yaralandığı bildirilib.

Qəzadan sonra hadisə yerinə sürətlə 6 xilasetmə qrupunun göndərildiyi və yaralıların müalicə olunmaq üçün ətrafdakı xəstəxanalara aparıldığı qeyd olunub. İran mətbuatında əks olunan xəbərlərdə, aşan avtobusun bölgədə fəaliyyət göstərən Cənub Pars Qaz Şirkəti işçilərini daşıdığı bildirilib.

Müvafiq orqanlar tərəfindən qəzanın səbəbini müəyyən etmək üçün istintaq başladıldığı qeyd olunub.