Trampdan İrana mesaj: Heç nə qalmayacaq
ABŞ Prezidenti Donald Tramp, İrana yönəlik mesajında, “İran üçün vaxt daralır və tez bir zamanda hərəkət etsələr yaxşı olar, əks halda onlardan geriyə heç nə qalmayacaq” dedi.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından İranla bağlı qısa bir paylaşım etdi. Paylaşımında Tehran rəhbərliyinə səslənən və təcili addım atılmasının vacibliyini vurğulayan Tramp, “İran üçün vaxt daralır və tez bir zamanda hərəkət etsələr yaxşı olar, əks halda onlardan geriyə heç nə qalmayacaq. Vaxt çox önəmlidir” ifadələrini işlətdi.