ABŞ-ın Kaliforniya ştatının San Dieqo İslam Mərkəzinə edilən silahlı hücumda 5 nəfər həyatını itirib.
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərindəki İslam Mərkəzinə naməlum şəxslər tərəfindən silahlı hücum edildiyi bildirilib. San Dieqo Polis Rəisi Scott Wahl, hücumda bir təhlükəsizlik işçisi də daxil olmaqla 5 nəfərin həyatını itirdiyini açıqlayıb.
San Dieqo Polis Departamentinin sosial media hesabından edilən paylaşımda vəziyyətin nəzarət altına alındığı bildirilib. Rəsmilər, kimlikləri hələ müəyyən edilməmiş iki şübhəli hücumçunun intihar etdiyini və hadisənin nifrət cinayəti olaraq araşdırıldığını qeyd ediblər.