Pezeşkiyan: Dialoq təslim olmaq demək deyil
İran Prezidenti Mesud Pezeşkiyan, ölkəsinin mənafelərini qorumaqdan geri çəkilməyəcəklərini bildirərək, "Dialoq təslim olmaq demək deyil" dedi.

İran Prezidenti Mesud Pezeşkiyan, ABŞ ilə davam edən danışıqlara dair sosial media hesabından açıqlama verdi. İran rəhbərliyinin xalqın mənafelərini qoruyaraq dialoqa girdiyini və heç bir şəkildə qanuni hüquqlardan imtina edilməyəcəyini qeyd edən Pezeşkiyan, "Dialoq təslim olmaq demək deyil. Bütün gücümüzlə İranın mənafelərinin qoruyucusu olacağıq" ifadələrini işlətdi.