Cənubi Afrikada sel səbəbindən ölənlərin sayı 18-ə çatdı
Cənubi Afrikada keçən həftədən etibarən təsirli olan şiddətli yağış və fırtına səbəbindən həyatını itirənlərin sayı 18-ə çatdı.

Cənubi Afrika Kooperativ İdarəetmə və Ənənəvi İşlər Nazirliyindən verilən açıqlamada, ölkənin böyük hissəsini təsiri altına alan fırtınada Qərbi Kapdə 11, Şimali Kapdə 3, Azad Dövlətdə 2, Şimal-Qərb və Mpumalanga əyalətlərində bir nəfər olmaqla ümumilikdə 18 nəfərin həyatını itirdiyi bildirildi. Qərbi Kap əyalət hökumətindən verilən açıqlamada isə Garden Route bölgəsi başda olmaqla əyalət ümumilikdə 150 mindən çox insanın təsirləndiyi fırtınada, minlərlə insanın evsiz qaldığı qeyd edildi.