Estoniya hava məkanına daxil olan PUA NATO qırıcı təyyarəsi tərəfindən vuruldu
Estoniya Müdafiə Naziri Hanno Pevkur, Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatının NATO qırıcı təyyarəsi tərəfindən vurulduğunu bildirdi.

Estoniya Müdafiə Naziri Hanno Pevkur ölkə mediasına verdiyi açıqlamada, Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) Vortsjarv gölü üzərində vurulduğunu bildirdi. Pevkur, Latviya hakimiyyətindən əvvəlcədən məlumat aldıqlarını qeyd edərək, “Radarlarımız Estoniyanın cənubuna doğru hərəkət edən bir PUA aşkar etdi. Lazımi tədbirləri işə saldıq və Baltik Hava Polisinin vəzifəsində olan bir NATO qırıcı təyyarəsi PUA-nı vurdu” ifadələrini işlətdi.