Rusiya Prezidenti Putin Çində rəsmi mərasimlə qarşılandı
Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində rəsmi mərasimlə qarşılandı.

Rusiya Prezidenti Vladimir Putin rəsmi danışıqlar aparmaq üçün Çinə getdi. Paytaxt Pekindəki Tiananmen Meydanında rəsmi mərasim və top atəşləri ilə qarşılanan Putin Çin Prezidenti Şi Cinpin ilə görüşdü. İki liderin əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətləri arasında görüşlər keçirməsi gözlənilir. Görüşlərin tamamlanmasından sonra Putinin bu gün Rusiyaya qayıtması planlaşdırılır.