ABŞ Prezidenti Tramp, İranla razılığa gəlib-gəlməyəcəklərini yaxın zamanda görəcəklərini bildirərək, “Bu müharibəni çox qısa müddətdə bitirəcəyik” dedi.
ABŞ Prezidenti Tramp, İranla razılığa gəlib-gəlməyəcəklərini yaxın zamanda görəcəklərini bildirərək, “Bu müharibəni çox qısa müddətdə bitirəcəyik” dedi.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin bağçasında Konqres üzvləri ilə bir araya gəldiyi tədbirdə İran gündəminə dair açıqlamalar verdi. Tramp, İranla danışıqların davam etdiyini bildirərək, yaxın zamanda bir razılığa gəlib-gəlməyəcəklərini görəcəklərini qeyd etdi. Tramp, “Bu müharibəni çox qısa müddətdə bitirəcəyik. Onlar bu vəziyyətdən beziblər. Düşünürəm ki, bu işi çox tez bitirəcəyik. Ümid edirəm ki, bunu gözəl bir şəkildə həll edərik” ifadələrini işlətdi.
İranın ordusunu və siyasi rəhbərliyini böyük ölçüdə 'aradan qaldırdıqlarını' iddia edən Tramp, “Donanmalarını məhv etdik, hava qüvvələri yox oldu, zenit sistemləri yox oldu, liderlərinin yox olduğunu demək istəmirəm çünki bu çox xoş deyil amma bu bir həqiqətdir. İranın heç bir halda nüvə silahı inkişaf etdirməsinə icazə verməyəcəyik. Buna dözə bilmərik və dözməyəcəyik” deyə danışdı.