Yaponiyanın açıq sahillərində 5.9 bal gücündə zəlzələ
Yaponiyanın cənub-qərb açıq sahillərində 5.9 bal gücündə zəlzələ baş verdi.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi, Yaponiyanın cənub-qərb açıq sahillərində 5.9 bal gücündə zəlzələ baş verdiyini elan etdi. Zəlzələnin episentrinin Yaponiyanın Kaqoşima prefekturasına bağlı Vadomari bölgəsinin 8 kilometr şərqində olduğu bildirildi. Təxminən 42 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilmədi.