Pezeşkiyan: İranı təslim olmağa məcbur etmək xülyadır
İran Prezidenti Mesud Pezeşkiyan, “İranı təzyiq yolu ilə təslim olmağa məcbur etmək tamamilə xülyadır” dedi.

İran Prezidenti Mesud Pezeşkiyan ABŞ ilə davam edən danışıqlara dair sosial media hesabında açıqlama verdi. Pezeşkiyan, “İranı təzyiq yolu ilə təslim olmağa məcbur etmək tamamilə xülyadır. Diplomatiyada qarşılıqlı hörmət müharibədən daha ağıllı, təhlükəsiz və davamlıdır. İran öhdəliklərini ardıcıl şəkildə yerinə yetirmiş və müharibənin qarşısını ala biləcək hər yolu axtarmışdır, bizim nəzərimizdə bütün yollar hələ də açıqdır” ifadələrini işlətdi.