Çindən ABŞ-a Tayvan Boğazında 'sabitlik' çağırışı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun ABŞ-ı Tayvan Boğazında sülh və sabitliyi qorumağa çağırdı.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bu gün keçirilən mətbuat konfransında ABŞ-ın Tayvana silah satışına dair suala cavab verdi. Guo, Çinin ABŞ-ın Tayvana silah satışına qarşı olduğunu və Çinin bu məsələdəki mövqeyinin ardıcıl və aydın olduğunu bildirdi.

Guo, Vaşinqtonun Çin-ABŞ münasibətlərinin sabit inkişaf meylini davam etdirmək üçün konkret səylər göstərməli olduğunu ifadə etdi. ABŞ-ı iki ölkə liderləri arasında əldə olunan razılaşmanı yerinə yetirməyə çağıran Guo, "ABŞ daha əvvəl verdiyi öhdəlikləri həyata keçirməli və Tayvan Boğazında sülh və sabitliyi qorumalıdır" dedi.