Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı apardılar. Liderlər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal inkişafları müzakirə etdilər.
Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı apardılar. Liderlər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal inkişafları müzakirə etdilər.
Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev keçirdikləri telefon danışığı ilə bağlı sosial media hesablarından açıqlamalar verdilər. Əliyev, telefon danışığının Makronun təşəbbüsü ilə baş tutduğunu bildirərək, “Danışıq zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəmindəki mövzuları nəzərdən keçirdik və qarşılıqlı maraq dairəmizə daxil olan məsələlər haqqında fikir mübadiləsi apardıq. Həmçinin regional və qlobal inkişafları da müzakirə etdik” ifadələrini işlətdi.
Makron isə danışıqla bağlı paylaşımında regional sülh prosesinə diqqət çəkdi. Makron, “Fransanın Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinə olan dəstəyini və bu prosesin irəliləməyə davam etməsinin əhəmiyyətini xatırlatdım. Həmçinin regional problemləri və ikitərəfli münasibətlərimizi inkişaf etdirmə potensialını da qiymətləndirdik” dedi.