Macarıstanın Tiszaujvaros şəhərindəki petrokimya zavodunda baş verən partlayışda 1 nəfər həyatını itirdi, 8 nəfər yaralandı.
Macarıstan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-şərqindəki Tiszaujvaros şəhərində fəaliyyət göstərən neft və qaz şirkəti MOL-ə aid petrokimya bazasında partlayış baş verib. Hadisədən sonra çıxan yanğının yanğınsöndürən qrupların müdaxiləsi ilə söndürüldüyü bildirilib.
Macarıstan İqtisadiyyat və Enerji Naziri Istvan Kapitany, sosial media hesabı üzərindən etdiyi açıqlamada, partlayışın yerli vaxtla 08.47-də, 'Olefin-1' müəssisəsinin yenidən işə salınmağa hazırlandığı zaman baş verdiyini təsdiqləyib. Nazir Kapitany, qəzada ən az bir nəfərin həyatını itirdiyini, əksəriyyəti yanıq müalicəsi alan yaralılardan birinin vəziyyətinin ağır olduğunu və helikopterlə Debrecendəki bir xəstəxanaya göndərildiyini, digər 7 nəfərin isə yüngül yaralandığını bildirib.
Macarıstan Baş naziri Peter Magyar da sosial media üzərindən bir başsağlığı mesajı yayımlayaraq, həyatını itirən işçinin ailəsinə başsağlığı, yaralılara təcili şəfalar dilədi. Baş nazir Magyar, MOL İdarə Heyəti Başçısı və CEO'su Zsolt Hernadi ilə Nazir Kapitany'nin hadisə yerində araşdırmalar aparmaq üçün yola çıxdığını ifadə etdi.
ƏTRAF MÜHİT TƏHLÜKƏSİ YOXDUR
Hadisədən sonra Tiszaujvaros Bələdiyyə Başçısı Gyorgy Fulop, ictimaiyyətdə yaranan ətraf mühit təhlükəsizliyi narahatlıqlarına cavab verdi. Bölgə sakinlərinin xüsusi bir qoruyucu tədbir almasına ehtiyac olmadığını bildirən Fulop, fəlakət idarəetmə səlahiyyətliləri tərəfindən göndərilən mobil laboratoriyanın apardığı ölçmələrdə, havadakı təhlükəli maddə konsentrasiyasının təhlükəsizlik hədlərini aşmadığını və ətraf əhali üçün bir təhlükə yaratmadığını vurğuladı.
Yerel mətbuatda yer alan xəbərlərə görə, ilk tapıntılar partlayışın zavoddakı bir piroliz benzini xəttindən qaynaqlanmış ola biləcəyinə işarə edir. MOL şirkəti, qəzənin dəqiq səbəbini müəyyən etmək məqsədilə geniş bir araşdırma başlatdı.