Pakistanda dəmir yolu yaxınlığında partlayış: 24 ölü, 82 yaralı
Pakistanın Bəlucistan əyalətində dəmir yolu xətti yaxınlığında baş verən partlayışda 24 nəfər həyatını itirib, 82 nəfər yaralanıb.

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində dəmir yolu xətti yaxınlığında partlayış baş verib. Hadisədə 24 nəfər həyatını itirib, 82 nəfər yaralanıb. Rəsmilər, yaralılardan 57-nin hərbi xəstəxanaya, 25-nin isə Kvetta şəhərindəki mülki xəstəxanaya aparıldığını bildiriblər. Partlayış nəticəsində bir qatarın qismən zərər gördüyü və park edilmiş bəzi nəqliyyat vasitələrində də zərər yarandığı qeyd olunub. Peşavər səfərini edən qatarın, təhlükəsizlik səbəbi ilə Kvetta Dəmir Yolu Stansiyasında dayandırıldığı və hadisə ilə bağlı araşdırma başladıldığı ifadə edilib.