Paşinyandan Türkiyəyə 'dəmir yolu' təşəkkürü
Ermənistan Baş naziri Nikol Paşinyan, Gürcüstan üzərindən Türkiyə dəmir yolu bağlantısının açıldığını bildirərək, Türkiyə və Gürcüstana təşəkkür etdi.

Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında etdiyi paylaşımda, Azərbaycan dəmir yolu xəttindən sonra, Gürcüstan üzərindən Türkiyə dəmir yolu bağlantısının da Ermənistanın ixrac və idxalı üçün açıldığını elan etdi. Bu addımın Ermənistan iqtisadiyyatı baxımından böyük bir inkişaf olduğunu qeyd edən Paşinyan, paylaşımında Türkiyə və Gürcüstandakı tərəfdaşlarına təşəkkürlərini bildirdi.